Yaponiyanın baş naziri Baydenlə görüşəcək
Qeyd edilib ki, Suqanın ABŞ-a səfəri aprelin 8-də başlayacaq. Səfər dörd gün davam edəcək. Gözlənildiyi kimi, Yaponiyanın baş naziri Co Baydenlə şəxsi görüş keçirəcək ilk xarici lider olacaq.
Səfər ərəfəsində Suqa koronavirus əleyhinə peyvənd ediləcək. Tərəflərin Çin, Koreya Xalq Demokratik Respublikası, iqlim dəyişikliyi və ikitərəfli strateji alyans məsələlərini müzakirə edəcəkləri gözlənilir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: ABŞ







Vaxtında, Aydın, Lazımlı!


