Koronavirusa yoluxanların sayı 128 milyonu ötdü
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 804 min 370 nəfərdir. İndiyədək 103 milyon 462 min 117 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 31 033 801 nəfər virusa yoluxub, 56 206 pasiyent dünyasını dəyişib.
İkinci sırada Braziliya gəlir. İndiyədək bu ölkədə 12 577 354 yoluxma qeydə alınıb. Onlardan 314 268 nəfəri vəfat edib.
Üçüncü sırada yer alan Hindistanda pandemiya dövründə 12 095 855 nəfərdə virus aşkar edilib. Xəstələrdən 162 147 nəfəri həyatını itirib.
Dördüncü yerdə qərarlaşan Fransada 4 554 683 yoluxma, 94 956 ölüm faktı qeydə alınıb.
Siyahıda beşinci olan Rusiyada 4 528 543 nəfər virusa yoluxub ki, onlardan 98 033-ü ölüb.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Aytən Zəhra
Azvision.az
Teqlər: Koronavirus Pandemiya







Vaxtında, Aydın, Lazımlı!


