Ayvazyan vəzifəsini tərk edir

 Ayvazyan vəzifəsini tərk edir
  30 Mart 2021    Oxunub:2676
Ermənistanın xarici işlər naziri Ara Ayvazyan yaxın günlərdə vəzifəsini tərk edəcək.
Azvision.az xəbər verir ki, bu barədə “168 jam” yazıb.

Qeyd edilib ki, 2020-ci ilin noyabrında, ikinci Qarabağ müharibəsindən və Zöhrab Mnatsakanyanın istefasından sonra bu vəzifəyə təyin olunmuş Ayvazyanın yerinə artıq namizəd müəyyənləşdirilib. Belə ki, onun müavini Artak Apitonyanın xarici işlər naziri təyin ediləcəyi bildirilir.

Qəzet yazır ki, Ara Ayvazyanın hazırkı hakimiyyət orqanları, xüsusən də onların apardıqları siyasətlə bağlı ciddi fikir ayrılıqları var:

"Nikol Paşinyan da daxil olmaqla, müxtəlif dövlət məmurları tez-tez Xarici İşlər Nazirliyi ilə razılaşdırılmayan və Ermənistanın rəsmi xarici siyasətinə zidd olan açıqlamalar verirlər. Sonradan bu açıqlamalar diplomatik korpuslarda problemlər yaradır".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: AraAyvazyan  



Xəbər lenti