Paşinyanın mitinqinə getmədi, işdən qovuldu

Paşinyanın mitinqinə getmədi, işdən qovuldu
  30 Mart 2021    Oxunub:1445
Ermənistanın Lori bölgəsinin qubernatoru işçilərdən birini baş nazir Nikol Paşinyanın mitinqinə qatılmadığı üçün cəzalandırıb.
Azvision.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Qeyd edilir ki, Lori administrasiyasının mütəxəssisi Arşak Baqdasaryan hökumətin təşkil etdiyi təbliğat kampaniyasına qatılmaqdan imtina edib.

"Lori administrasiyasının kənd təsərrüfatı üzrə keçmiş mütəxəssisi Arşak Baqdasaryanı polis də təhdid edib. O, mitinqdə iştirakdan imtina etdiyinə görə, işdən çıxmaq ərizəsi yazmağa məcbur edilib", - deyə məlumatda bildirilib.



Tural Tağıyev
Azvision.az


Teqlər: Lori   Mitinq  



Xəbər lenti