“AstraZeneca”nın adı dəyişdirildi

 “AstraZeneca”nın adı dəyişdirildi
  30 Mart 2021    Oxunub:1705
Britaniya-İsveç şirkəti “AstraZeneca”nın COVID-19-a qarşı peyvəndinin adı dəyişdirilib.
Azvision.az xəbər verir ki, 25 martdan etibarən peyvənd “Vaxzevria” adlandırılmağa başlayıb.

İsveç tibbi məhsullar agentliyinin saytında dərc edilmiş məlumata əsasən, adın əvəzlənməsi başqa dəyişiklilərə səbəb olmayacaq. Məhsul haqqında məlumat, etiketləmə və qablaşdırma fərqli görünə bildiyindən peyvənd mütəxəssisləri bunu bilməlidirlər.

Ad dəyişikliyi mart ayında peyvənd alan insanlarda təhlükəli fəsadların olmasına dair məlumatların yayılması fonunda baş verib. Avropa Dərman Agentliyi isə “AstraZeneca” peyvəndinin tromboembolik ağırlaşmalar riskinin artırdığını təsdiqləməyib, onun təhlükəsiz və effektiv olduğunu bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AstraZeneca  





Xəbər lenti