Ceyhun Bayramov iranlı həmkarı ilə görüşüb - YENİLƏNİB
Tərəflər Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının cari ildə keçirilmiş sonuncu iclasının nəticələrini yüksək qiymətləndiriblər.
Nazirlər, həmçinin regional təhlükəsizlik məsələləri, xüsusilə də 44 günlük Vətən Müharibəsindən sonra bölgədə mövcud olan vəziyyət, imzalanmış üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işlərinin aparılması üzrə fikri mübadiləsi aparılıb. Nazir Məhəmməd Cavad Zərif qeyd edib ki, İran şirkətləri azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidənqurma işlərində iştirak etməyə hazırdır.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
***
10:36
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tacikistanda iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Görüşdə Qafqaz regionundakı son proseslər, iki ölkənin Xəzər dənizindəki əməkdaşlığı, siyasi və iqtisadi maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüş paytaxt Düşənbədə keçirilən "Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu Nazirlər Konfransı çərçivəsində baş tutub.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ceyhun-Bayramov Zərif







Vaxtında, Aydın, Lazımlı!


