Bəşər Əsəd və xanımı koronavirusdan sağaldı

Bəşər Əsəd və xanımı koronavirusdan sağaldı
  30 Mart 2021    Oxunub:1338
Suriya prezidenti Bəşər Əsəd və xanımı Əsma Əsəd koronavirusdan sağalıb.
Azvision.az xəbər verir ki, bu barədə prezident sarayının mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, onların COVID-19 testinin nəticəsi mənfi olub və B.Əsəd çərşənbə axşamı işə qayıdır.

"COVID-19-un əlamətlərinin itməsi və mənfi PCR testi aldıqdan sonra prezident Bəşər Əsəd və xanımı Əsma Əsəd bu gündən işə qayıdırlar", - məlumatda vurğulanıb.

Mart ayının əvvəlində prezident sarayının mətbuat xidməti rəsmi olaraq prezident Bəşər Əsəd və xanımı Əsmanın COVID-19 virusuna yoluxduqlarını və müalicə aldıqlarını açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BəşərƏsəd  





Xəbər lenti