Peskov: “Putinin əsas hobbisi mütaliədir”
"Bunlar əsasən tarixi ədəbiyyatlar, memuarlardır”, - Peskov vurğulayıb. Onun sözlərinə görə, Putin qəzetlərə abunə olur. Qəzetlər həm Kremlə, həm də Novo-Oqarevoya gəlir. Bundan əlavə, prezident uçuşlar zamanı da qəzetlərə baxır. Eyni zamanda mətbuat icmalını əldə edir.
Peskov Putinin ingilis və alman televiziya kanallarını da izlədiyini bildirib:
"Hər gün yox, amma həftədə bir neçə dəfə ingilis dili ilə məşğul olur. Bunlar qısa dərslərdir, amma müntəzəmdir".
Pərvanə Sultanova
Azvision.az
Teqlər: VladimirPutin







Vaxtında, Aydın, Lazımlı!


