Satıcının əl-ayağını bağlayıb, mağazanı qarət etdilər

Satıcının əl-ayağını bağlayıb, mağazanı qarət etdilər
  30 Mart 2021    Oxunub:1664
Sumqayıtda mağazadan oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də Novruz qəsəbəsi ərazisindəki mağazaların birində satıcı X.Hüseynovu bıçaqla hədələyib, əl-ayağını iplə bağlayaraq kassadan 1070 manat pul, 6000 manat dəyərində tütün məmulatı, spirtli və sərinləşdirici içkilər aparmaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - M.Abdullayev və C.Bayramzadə saxlanılıblar.

Azvision.az


Teqlər: Sumqayıt   Oğurluq  





Xəbər lenti