“Buta Airways” İstanbul və İzmirə reyslərin sayını artırır

“Buta Airways” İstanbul və İzmirə reyslərin sayını artırır
  30 Mart 2021    Oxunub:2138
Aprel ayından etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakıdan İstanbul və İzmir şəhərlərinə yerinə yetirdiyi xüsusi reyslərin sayını tədricən artırmağı planlaşdırır.
Aviaşirkətdən Azvision.az -a verilən məlumata görə, “Buta Airways”in Türkiyənin qeyd edilən iki şəhərinə uçuşlarının artması sərnişinlərə həmin marşrutlar üzrə biletləri rəqabətədavamlı və münasib qiymətə əldə etmək imkanı yaradacaq. Bakıdan İzmirə və geri reyslərin sayı həftədə üç dəfədən dörd dəfəyədək artırılacaq. Aprel ayının 20-dən etibarən isə Bakı-İstanbul-Bakı istiqamətində uçuşlar hər gün yerinə yetiriləcək.

Reyslər “Buta Airways” tərəfindən Türkiyənin Adnan Menderes (İzmir) və Sabiha Gökçen (İstanbul) hava limanlarına yerinə yetiriləcək.

Azvision.az


Teqlər: Buta-Airways   İzmir   İstanbul  





Xəbər lenti