Rumıniya XİN təqaüd proqramı elan edib

  30 Mart 2021    Oxunub : 992
Rumıniya XİN təqaüd proqramı elan edib
Rumıniyanın Xarici İşlər Nazirliyi (XİN) vasitəsilə bu ölkə xarici vətəndaşlar üçün 2021-2022-ci illər üzrə təqaüd proqramını açıq elan edib.
Bu barədə Azvision.az -a Rumıniyanın Bakıdakı səfirliyindən məlumat verilib.

Proqram Azərbaycan vətəndaşları da daxil olmaqla, bütün Avropa İttifaqı üzvü olmayan ölkələrdən olan xarici vətəndaşlara şamil edilir. Azərbaycandan olan müraciətçilər aşağıdakı sənədlərdən ibarət tam sənəd siyahısını təqdim etməlidirlər:

1. Rumıniyada təqaüd proqramı əldə etmək üçün ərizə forması və qəbul məktubunun verilməsi üçün tam şəkildə doldurulmuş ərizə. Ərizə formalarını burada tapa bilərsiniz: https://azvision.az/redirect.php?url=http://www.mae.ro/.../2020.11.13_appendix_1_-_application....

Namizədlərin seçimini asanlaşdırmaq üçün Rumıniyada akkreditə olunmuş ali təhsil müəssisələrinin tam siyahısına aşağıdakı ünvanlardan keçid etməklə əldə etmək mümkündür: https://www.edu.ro/institutii-invatamant-superior.

Məlumatda bildirilir ki, tibb, diş həkimliyi və əczaçılıq sahələrində təqaüd proqramları verilmir.

2. Əldə etdiyiniz diplomların surətləri (bakalavr diplomu və ya ona bərabər tutulan sənəd, əlavə olaraq bakalavr, magistr, doktorantura dərəcələri, əgər varsa) və onların ingilis, fransız və ya rumın dillərinə təsdiq olunmuş tərcümələri.

3. Tamamlanmış təhsilin transkriptlərinin (qiymət cədvəli) surətləri və onların ingilis, fransız və ya rumın dillərinə təsdiq olunmuş tərcümələrinin surətləri.

4. Doğum haqqında şəhadətnamənin (və ya ona bərabər tutulan sənədin) surəti və onun ingilis, fransız və ya rumın dillərinə təsdiq olunmuş tərcüməsi.

5. Pasportun ilk üç səhifəsinin surəti.

6. İngilis və ya fransız dillərində burada göstərilən formatda Curriculum Vitae (CV): https://azvision.az/redirect.php?url=http://www.mae.ro/.../2020.11.13_appendix_2_-_europass_cv....

Əlavə olaraq, doktorantura dövrü üçün: ərizəçi tərəfindən ingilis, fransız və ya rumın dillərində niyyət məktubu.

Müraciət sənədləri namizədlər tərəfindən elektron formatda (üstünlük verilir) və ya şəxsən yalnız Rumıniyanın diplomatik nümayəndəlikləri vasitəsilə göndərilməlidir.

Müraciət sənədlərinin Rumıniyanın Bakıdakı səfirliyinə təqdim edilməsi üçün son tarix 30 aprel 2021-ci il tarixidir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rumıniya   XİN