Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

 Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü
  30 Mart 2021    Oxunub:1778
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Şah Mahmud Qureyşi ilə Düşənbədə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) Tvitter səhifəsində məlumat paylaşılıb.

Qeyd olunub ki, nazirlər ikitərəfli münasibətlərin prioritet sahələrini, iqtisadi münasibətləri və xalqlar arasında əlaqələrin genişləndirilməsini müzakirə ediblər.

Xatırladaq ki, nazirlər Düşənbədə keçirilən “Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu Nazirlər Konfransı çərçivəsində görüşüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ŞahMahmudQureyşi  





Xəbər lenti