Gürcüstanda epidemioloji vəziyyət pisləşib

 Gürcüstanda epidemioloji vəziyyət pisləşib
  30 Mart 2021    Oxunub:1656
Gürcüstanda epidemioloji vəziyyət kəskin pisləşib.
Azvision.az xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa gündəlik yoluxma göstəriciləri həyəcanvericidir, vəziyyət tövsiyələrin yerinə yetirilməsinə nəzarəti gücləndirməyi tələb edir.

"Əlbəttə, statistika və epidemioloji vəziyyət fevral-yanvar aylarında olduğundan daha yaxşıdır, lakin son iki həftədə pisləşmə tendensiyası özünü büruzə verməkdədir", - Qamkrelidze əlavə edib.

Bundan əvvəl, Gürcüstan rəhbərliyi iyul ayında əhalinin koronavirus infeksiyasına qarşı kütləvi peyvəndinə başlamağı planlaşdırıldığını bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti