Xamenei 1849 məhkumu əfv etdi

Xamenei 1849 məhkumu əfv etdi
  30 Mart 2021    Oxunub:1425
İranın Ali Rəhbəri Seyid Əli Xamenei 1849 məhkumun əfv edilməsi ilə bağlı sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, bu barədə Ali Rəhbərin administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, 29 mart - İran İslam Respublikası Günü münasibətilə məhkəmə hakimiyyətinin təqdimatına əsasən bir qrup məhkum əfv olunub. Əfv olunanların bəzilərinin cəzaları azaldılıb, digərləri isə cəzalarının çəkilməmiş hissəsindən azad edilib.

Ali Rəhbərin administrasiyasından bildirilib ki, Seyid Əli Xamenei İranda həmişə insanpərvərlik və humanizm prinsiplərini əsas tutaraq, bayram münasibətilə məhkumları əfv edib.

Azvision.az


Teqlər: İran   Xamenei  





Xəbər lenti