Qala-Pirallahı yolunda yeni piyada keçidi tikilib - FOTO
Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir. Konstruksiyası metal, bəzək materialı alüminium kompozit panel və örtükdən ibarət olan yerüstü piyada keçidində fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün 2 müasir lift quraşdırılıb. Piyada keçidi təhlükəsiz istismarı, ətraf mühitin qorunması, həmçinin partlayış-yanğın təhlükəsizliyini təmin edən normalara, təlimatlara və dövlət standartlarına uyğun olaraq inşa edilib.
Qeyd edək ki, sözügedən ərazidə, yolun hər iki tərəfində yaşayış massivi və orta məktəb yerləşdiyindən keçid yolun sağ və sol tərəflərinə maneəsiz və təhlükəsiz gedişi təmin edəcək.
Ümumilikdə isə 2020-ci il ərzində respublikamızın ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 9 piyada keçidi istifadəyə verilib.
Azvision.az
Teqlər: AAYDA Yol Piyada-keçidi