Moskvada insident: Polisə atəş açan şəxs tutuldu

Moskvada insident:  Polisə atəş açan şəxs tutuldu
  30 Mart 2021    Oxunub:1728
Moskva ətrafında atəş açan şəxs tutulub.
Azvision.az xəbər verir ki, bu barədə “İnterfax” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, atəş açan şəxs saxlanılıb, zərər çəkən olmayıb.

Məlumata görə, həmin silahlı kişi fərdi evdən “Rosqvardiya” zabitlərinə və yoldan keçənlərə atəş açıb. Hadisə Yeni Veşki kəndində baş verib. Silahlı şəxs dörd saatdan artıq evdə olub.

Daha əvvəl onun üç nəfəri girov götürdüyü, təhlükəsizlik qüvvələri ilə danışıqlardan sonra biri uşaq olmaqla iki nəfəri sərbəst buraxdığı barədə xəbər verilib.

Rusiya Daxili İşlər Nazirliyi silahlı şəxsin polisə iki qumbara atdığını bildirib. Atəş açan şəxs 1960-cı il təvəllüdlü yerli sakindir, onun qanunsuz silah alveri ilə məşğul olmasına dair məlumatlar var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Moskva  



Xəbər lenti