Abşeronda karantini pozan şəxslər cərimələndi - VİDEO
Reydlər zamanı şəhər ərazisində yerləşən fəaliyyətinə icazə verilən obyektlərdə sosial məsafəni gözləməyən şəxslərə xəbərdarlıq edilib. Mağazalara maskasız daxil olan alıcılar, həmçinin maskalardan düzgün istifadə etməyən şəxslər polislər tərəfindən müəyyən edilərək cərimələniblər. İnsanların sıx toplaşdığı yerlərdə virusun yayılma ehtimalı artdığından polislər tərəfindən həmin məkanlar nəzarətdə saxlanılıb. Qeyd edilən yerlərdə insanlar arasında ara məsafəsinin saxlanılması təşkil edilib.
Reyd zamanı həmçinin ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər də polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb. Həmçinin taksilərdə şəffaf arakəsmələrdən istifadə etməyən sürücülər barədə də cərimələr tətbiq edilib.
Bir daha hər bir kəsdən tələb olunur ki, şəxsi sağlamlıqlarını qorumaq və virusun geniş miqyasda yayılmasına imkan verməmək üçün koronovirusla mübarizədə tətbiq edilən sanitar qaydalara əməl etsinlər.
Azvision.az