Ermənistanda vəkillər Sarkisyana cinayət işinin açılmasını tələb edir

 Ermənistanda vəkillər Sarkisyana cinayət işinin açılmasını tələb edir
  30 Mart 2021    Oxunub:1633
Ermənistanda 50-dən çox vəkil Baş prokurorluğa müraciət edərək prezident Armen Sarkisyana cinayət işinin açılmasını tələb edib.
Azvision.az xəbər verir ki, bu barədə Vəkillər Palatasının sədri Ara Zöhrabyan “Facebook” hesabında məlumat yayıb.

Buna səbəb prezident Armen Sarkisyan tərəfindən ikili vətəndaşlıq faktının gizlədilməsidir.

Məlumatda vurğulanıb ki, Armen Sarkisyan 2003-2012-ci illərdə 10 ilə yaxın Britaniya vətəndaşlığına sahib olub. 2018-ci ildə Ermənistan qanunlarını pozaraq prezident seçilib. Konstitusiyaya görə, son altı ildə yalnız Ermənistan vətəndaşı olan şəxs prezident seçilə bilər.

Hüquqşünaslar Palatasının rəhbəri bildirib ki, Sarkisyanın Britaniya vətəndaşlığı yalnız 2012-ci ilin noyabrında qüvvədən düşüb, Sarkisyan isə 2 mart 2018-ci ildə seçilib. Konstitusiyaya əsasən, Britaniya pasportu 1 mart 2012-dən gec olmayaraq ləğv edilməli idi. Bu əsasda vəkillər cinayət işi başlamaq üçün nəzarət orqanına müraciət ediblər. Müraciəti 53 vəkil imzalayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArmenSarkisyan  





Xəbər lenti