“Səfir təyinatı əlaqələri möhkəmləndirəcək” - İsrail XİN

“Səfir təyinatı əlaqələri möhkəmləndirəcək” -  İsrail XİN
  30 Mart 2021    Oxunub:2770
Bəhreyn hökumətinin İsrailə səfir təyin etməsi iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində vacib addımdır.
Azvision.az xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Naziriyinin açıqlamasında deyilir.

“Biz Xalid Yusif əl-Calahmanı Bəhreynin İsrailə ilk səfiri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edirik. Bəhreyn hökumətinin İsrailə səfir təyin etməsi barədə qərarı iki ölkə arasında sülh razılaşmasının həyata keçirilməsində və əlaqələrin möhkəmləndirilməsində daha bir vacib addımdır", - İsrail XİN bəyan edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İsrail   Səfir  



Xəbər lenti