İlon Maskın raketi canlı yayımda partladı

 İlon Maskın raketi canlı yayımda partladı
  31 Mart 2021    Oxunub:2635
ABŞ-ın Texas ştatında dünyanın canlı yayımla izlədiyi yeni nəsil kosmik gəminin sınağı uğursuz olub.
Azvision.az xəbər verir ki, məşhur "Space X" şirkətinin hazırladığı "Starship SN11" kosmik gəmisinin prototipi sınaq zamanı partlayıb.

Təqdimat "YouTube" sosial şəbəkəsində canlı yayımlanıb.

Şirkətin rəhbəri milyarder İlon Mask “Twitter” hesabında qeyd edib ki, hadisəni araşdırıb, baş vermə səbəbini öyrənəcəklər.

Xatırladaq ki, “Space X” şirkəti yenidən istifadə edilə bilən “Super Heavy” daşıyıcı raketlər və “Starship” kosmik gəmilərini hazırlayır. Şirkətin yeni uçuş sistemləri peyklərin, ekipajların və yüklərin həm kosmosa, həm da Ay və Mars planetinə rahat şəkildə çatdırılmasını mümkün edəcək.

Tural Tağıyev
Azvision.az


Teqlər: İlon-Mask  



Xəbər lenti