Mozambikdə 800 nəfər itkin düşdü

Mozambikdə 800 nəfər itkin düşdü
  31 Mart 2021    Oxunub:1406
Mozambikdə 800 nəfər yoxa çıxıb.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə yerli fəallardan biri məlumat verib.

Onun sözlərinə görə, "İslamçı" qrupların Mozambikin Cabo Delqado əyalətindəki kiçik Palma qəsəbəsinə hücumundan sonra xeyli sayda insan itkin düşüb.

"Çərşənbə axşamına qədər 800-dən çox şəxsin itkin düşdüyü təsdiqlənib"-, deyə itkin düşmüş sakinlərin axtarış qrupunun üzvü Joana Martins bildirib.

Qeyd edilib ki, itkinlərin sayı dəqiq deyil, rəqəmlər arta bilər.

Tural Tağıyev
Azvision.az


Teqlər: Mozambik   İtkin  





Xəbər lenti