Ukrayna “Pfizer”dən 1 milyon doza peyvənd alacaq

Ukrayna “Pfizer”dən 1 milyon doza peyvənd alacaq
  31 Mart 2021    Oxunub:1237
Ukrayna koronavirusa qarşı “Pfizer” vaksininin 1 milyon dozasını alacaq.
Azvision.az xəbər verir ki, bu barədə Ukraynanın baş sanitar həkimi Viktor Lyaşko bildirib. Onun sözlərinə görə, preparat iyun ayının sonuna qədər tədarük edilməlidir.

“Biz COVAX-dan əlavə olaraq “Pfizer” vaksininin 1 milyon dozasının ayrılması haqqında təsdiqi almışıq”, - deyə Lyaşko vurğulayıb.

Vaksin ölkəyə tranşlarla çatdırılacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Pfizer   Ukrayna   Vaksin  



Xəbər lenti