ABŞ təşkilatları Baydeni Putinlə dialoqa çağırdı

 ABŞ təşkilatları Baydeni Putinlə dialoqa çağırdı
  31 Mart 2021    Oxunub:1440
ABŞ-da 27 təşkilat Prezident Co Baydeni rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli konstruktiv danışıqlara başlamağa çağırıb. Bundan əlavə, onlar Ağ Ev rəhbərinin Rusiya liderinə qarşı açıqlamalarını tənqid ediblər.
Azvision.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

Məktub müəllifləri son dövrlərdə iki dövlətin başçıları arasındakı mənfi fikir mübadiləsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Onlar, həmçinin Rusiya hökuməti ilə nüvə silahlarına dair danışıqların intensivləşdirilməsinə çağırış ediblər.

Müraciət edənlər Amerika liderinin diplomatiyanın ABŞ xarici siyasətinin mərkəzində olduğu vədini yerinə yetirməsinin lazımlığını diqqətə çatdırıblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   ABŞ  



Xəbər lenti