Ermənilər Müdafiə Nazirliyini məhkəməyə verdilər

 Ermənilər Müdafiə Nazirliyini məhkəməyə verdilər
  31 Mart 2021    Oxunub:2217
Bir qrup Ermənistan vətəndaşı ölkənin Müdafiə Nazirliyini məhkəməyə verib.
Azvision.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Qeyd edilir ki, vətəndaşlar tərəfindən nazirliyə qarşı məhkəmə iddiası qaldırılıb. Buna səbəb hərbi məsələlərlə bağlı maliyyə borcunun ödənilməməsidir.

Məlumata görə, şikayətçilər Ermənistan vətəndaşları Karen Avetyan, Qrayr Avetisyan, Saro Baqratyan, Qrayr Saakyan və Varujan Kalantaryandır.

Tural Tağıyev
Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi   Məhkəmə  





Xəbər lenti