Ermənistanda koronavirusa yoluxma sayı 192 mini ötdü

Ermənistanda koronavirusa yoluxma sayı 192 mini ötdü
  31 Mart 2021    Oxunub:2206
Ermənistanda son sutka ərzində daha 1148 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 192 639 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 18 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3515-ə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 892 nəfərdir. Aktiv xəstələrin sayı 15 168 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti