ABŞ-da 7 yaşlı uşaq zorlamada ittiham edilir

ABŞ-da 7 yaşlı uşaq zorlamada ittiham edilir
  31 Mart 2021    Oxunub:1017
ABŞ-da 7 yaşlı uşaq zorlamada günahlandırılır.
Azvision.az xəbər verir ki, Nyu-York ştatında qeydə alınan insidentlə əlaqədar ətraflı məlumat verilməyib. Yerli radionun yaydığı xəbərə görə, hadisə Şükran günü baş verib və polis hazırda aparılan araşdırmanın detallarını açıqlamayıb. İşə ailə məhkəməsində baxılacağı bildirilir.

Gənclərin cinayət işlərinin müdafiəsi üzrə ixtisaslaşmış vəkil Entoni Markoni qalmaqallı hadisə ilə bağlı ittihamları absurd adlandırıb. Onun fikrincə, 7 yaşlı uşaq nə etdiyini anlaya bilmir.

"İttihamı irəli sürənlər fiziki cəhətdən bunu sübut edə bilməlidirlər. Mənə elə gəlir ki, bunun sübutu demək olar ki, mümkünsüzdür"-, deyə vəkil qeyd edib.

Tural Tağıyev
Azvision.az


Teqlər: ABŞ   İttiham  





Xəbər lenti