İtaliyada 2 nəfər Rusiyaya casusluq ittihamı ilə saxlanıldı

İtaliyada 2 nəfər Rusiyaya casusluq ittihamı ilə saxlanıldı
  31 Mart 2021    Oxunub:1276
İtaliyada Rusiyaya casusluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd edilib ki, həmin şəxslər Romadakı Rusiya səfirliyində çalışan rus zabiti və Hərbi Dəniz Qüvvələrinin kapitanıdır. Onlar pul müqabilində məxfi sənədləri təhvil verərkən saxlanılıblar.

Məlumata görə, faktla bağlı italiyalı zabit saxlanılıb, rusiyalı zabitin diplomatik statusu barədə araşdırma aparılır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti