Çin ÜST-ün işinə müdaxilə iddialarını təkzib etdi
ÜST dünən təşkilatın beynəlxalq ekspert qrupunun Uhan şəhərində koronavirusun mənşəyini araşdırmaq üçün səfəri barədə hesabatının tam versiyasını yayımlayıb. Məruzədə koronavirusun yeni növünün böyük ehtimalla yarasalardan insanlara başqa bir heyvan vasitəsilə ötürüldüyü qeyd olunub. Hesabatda digər versiyalar da irəli sürülüb.
"Ekspertlər özləri Uhanda hansı yerləri ziyarət etmək istədikləri ilə bağlı təkliflər verdilər, özləri də müsahibləri seçdilər və sualları təyin etdilər. Hesabat layihəsi də mütəxəssislər tərəfindən hazırlanıb. Buna görə müdaxilə barədə deyilənlər cəfəngiyyat və əsassız açıqlamalardır. Bir çox beynəlxalq mütəxəssislər müxtəlif platformalarda istədikləri hər yeri ziyarət etdiklərini, hər şeyi gördüklərini və Çin tərəfinin açıqlığına müsbət qiymət verdiklərini söyləyiblər”, - deyə XİN rəsmisi əlavə edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: ÜST







Vaxtında, Aydın, Lazımlı!


