Maşınla vurulan piyada xəstəxanada öldü

Maşınla vurulan piyada xəstəxanada öldü
  31 Mart 2021    Oxunub:2048
Bakıda yol-nəqliyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nərimanov rayonunun Z.Bünyadov prospektində Sumqayıt şəhər sakini R.Qiyasov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən Ə.Bayramovu vurub. Qəza nəticəsində xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Azvision.az


Teqlər: Qəza   Bakı  





Xəbər lenti