Bakının bu küçələrində tikinti işləri başlayır
Bütün bunları nəzərə alaraq sürücülərdən xahiş olunur ki, avtomobillərini həmin saatlarda Xəqani küçəsində park etməsinlər. Əks halda qeyd olunan ərazidə park edilmiş avtomobillər başqa yerə aparılacaq.
Həmçinin, yolun qeyd olunan hissələrində aparılan təmir-tikinti işlərini nəzərə alaraq, gecə vaxtı yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərdən avtomobili idarə edərkən daha diqqətli olmaları və sürət həddini aşmamaları xahiş olunur.
Ümumilikdə yarış trekinin tikinti-quraşdırma işləri 2021-ci ilin iyun ayınadək davam edəcək. Formula 1 trekinin Puşkin və Xaqani küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində olan əraziyədək kəsiyində tikinti işlərinin aprelin 15-dək yekunlaşması gözlənilir. Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.
Azvision.az