Uotergeyt qalmaqalının əsas iştirakçısı ölüb

Uotergeyt qalmaqalının əsas iştirakçısı ölüb
  31 Mart 2021    Oxunub:2634
ABŞ-da Uotergeyt qalmaqalının əsas iştirakçılarından biri, Federal Təhqiqat Bürosunun sabiq əməkdaşı Qordon Liddi vəfat edib.
Azvision.az “Washington Post”a istinadla xəbər verir ki, o, 90 yaşında dünyasını dəyişib.

Mərhumun oğlu ölümün koronavirusla əlaqəli olmadığını deyib.

Xatırladaq ki, ABŞ-da Uotergeyt işi 1972-ci il hadisələri ilə bağlıdır. Belə ki, prezident seçkiləri kampaniyası dövründə respublikaçılar Demokrat Partiyasının Uotergeyt otelindəki qərargahında dinləmə cihazları quraşdırmağa çalışıblar. Qalmaqal nəticəsində respublikaçı prezident Riçard Nikson 1974-cü ildə istefa verib.

Liddi “Nixon” kampaniyasında çalışıb. O, demokratlardan prezidentliyə namizəd Corc Mcqoverin qərargahının girişə nəzarət edib. Sonradan Liddi missiyanın uğursuzluğundan peşman olduğunu bildirib. O, 20 il həbs cəzasına məhkum edilmişdi, lakin ABŞ-ın 39-cu prezidenti Cimmi Karter cəzanı yüngülləşdirdi.

Nəticədə keçmiş FTB agenti soyğunçuluq, sui-qəsd və qanunsuz telefon dinləməsində iştirak ittihamı ilə dörd il yarım həbsxanada cəza çəkib, daha sonra televizyada tok-şou aparıcısı olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Uotergeytqalmaqalı  





Xəbər lenti