Ərdoğan Ramazandan sonra Şuşaya səfər edəcək

Ərdoğan Ramazandan sonra Şuşaya səfər edəcək
  31 Mart 2021    Oxunub:2988
Ramazan ayından sonra qardaşım İlham Əliyevlə Şuşanı ziyarət etmək arzusundayam.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının qeyri-rəsmi zirvə toplantısında çıxışı zamanı deyib.

“Bütün azərbaycanlı qardaşlarımı Dağlıq Qarabağdakı qələbəyə görə təbrik edirəm. 44 gün davam edən dastanlara yazılacaq mübarizədən sonra 30 illik işğal sona çatdı. Asan deyil. Dağlıq Qarabağ bölgəsindəki 67 məsciddən 63-ü dağıdılıb, kilsələr də məhv edilib. 1918-ci ildə azərbaycanlı qardaşlarımızın başına gətirilən qətliamın anıldığı gündür. Xocalı qətliamını da heç vaxt kənara qoya bilmərik.Qarabağda türk irsinin qorunması üçün bütün imkanlarla Azərbaycanın yanında olmağımız vacibdir. Ramazan ayından sonra qardaşım İlham Əliyevlə Şuşanı ziyarət edib, orada bir bayram yaşamaq istəyirəm”, - deyə Ərdoğan bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ərdoğan   Türkiyə  





Xəbər lenti