Japarov: "Türk dövlətləri arasında iqtisadi əlaqələrdə yeni səhifə açacağıq"

  Japarov:  "Türk dövlətləri arasında iqtisadi əlaqələrdə yeni səhifə açacağıq"
  31 Mart 2021    Oxunub:1324
Hazırda Türk Şurası dünya birliyi tərəfindən etiraf edilən Türk inteqrasiyası üçün ən vacib və prestijli platformaya çevrilib.
Azvision.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Türk Şurası liderlərinin qeyri-rəsmi zirvə görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, indi bütün ölkələr koronavirus pandemiyasının nəticələrindən əziyyət çəkir və buna görə də quruma üzv dövlətlərin liderlərini birləşməyə çağırıb.

Japaraov iştirakçı-ölkələrin inteqrasiya prosesində Türk Şurasının rolunu vurğulayıb. Əlavə edib ki, qurumun fəxri sədri Nursultan Nazarbayevin təşəbbüsü ilə "Türk baxışı - 2040" strateji konsepsiyası hazırlanır, bu, inteqrasiyanı dərinləşdirmək üçün "yol xəritəsi" olacaqdır.

O, Türk Şurası üzvlərinin bir-birlərini dəstəkləyərək, çoxtərəfli layihələr həyata keçirməklə mövcud çətinliklərin öhdəsindən gələcəyinə ümidvar olduğunu bildirib. Belə vacib layihələrdən biri kimi investisiya fondunun yaradılmasını qeyd edib və onun baş ofisinin Bişkekdə yerləşməsini qəbul etməyə hazır olduğunu dilə gətirib.

“Fond şuraya üzv dövlətlərin biznes layihələri üçün əlavə bir maliyyə mənbəyi rolunu oynayacaq. Fondun fəaliyyətinə dəstək verməklə, Türk dövlətləri arasında iqtisadi əlaqələrdə yeni bir səhifə açacağıq. Bu, həmçinin ölkələr arasında investisiya mühitinin yaxşılaşacaq, eyni zamanda iqtisadi əlaqələri gücləndirməkdə bir vasitə olacaq”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SadırJaparov  





Xəbər lenti