"Türk Şurası ilə bağlı sənəd qəbul etməliyik" - Nazarbayev

 "Türk Şurası ilə bağlı sənəd qəbul etməliyik" -  Nazarbayev
  31 Mart 2021    Oxunub:1882
Türk Şurasının gələcək inkişafı ilə bağlı sənəd qəbul etməliyik.
Azvision.az xəbər verir ki, bunu Qazaxıstanın birinci prezidenti - Elbası Nursultan Nazarbayev Türk Şurası liderlərinin qeyri-rəsmi zirvəsində deyib.

O bildirib ki, humanitar və mədəni inkişafla yanaşı, dövlətlər bir-birindən bir çox şey öyrənə bilərlər:

“Latın əlifbasının istifadəsi bizə gənclərimizin qlobal səviyyədə inkişafına töhfə verə biləcəyimiz ümumi sistem qazandırır. Bir-birimizlə əlaqəli şəkildə inkişaf etməyimiz vacibdir”.

N.Nazarbayev vurğulayıb ki, Türk Şurasına üzv dövlətlər qarşılıqlı ticarəti inkişaf etdirməli və investisiyaların cəlb edilməsi üçün çalışmalıdırlar.


Pərvanə Sultanova
Azvision.az



Teqlər: NursultanNazarbayev  





Xəbər lenti