Çinin bir şəhərində tam qapanma elan olundu
Hazırda yoluxmuş şəxslərlə yaxın təmasda olanların müəyyən edilməsi işləri aparılır. Bildirilir ki, yoluxanların 4-ü qonşu Myanmanın vətəndaşıdır.
Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin işçi qrupu Ruyliyə ezam olunub. Şəhərin aid olduğu Dehon Day və Cinpo muxtar prefekturularında əhalinin COVID-19 infeksiyasına qarşı vaksinasiyası sürətləndirilib.
Qeyd edək ki, Çində sonuncu dəfə yanvar-fevral aylarında COVID-19 infeksiyasının bir neçə şəhərdə ocağı aşkarlanmışdı. Səlahiyyətli qurumların səyləri ilə həmin şəhərlərdəki yoluxma zəncirlərin qırılmasına və yoluxmaların tam dayandırılmasına nail olunmuşdu.
Azvision.az
Teqlər: