Ötən sutka 500 mindən çox yoluxma qeydə alınıb - ÜST

Ötən sutka 500 mindən çox yoluxma qeydə alınıb -    ÜST
  01 Aprel 2021    Oxunub:1864
Dünyada koronavirusa yoluxanların sayı 509 mindən çox artıb.
Azvision.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında qeyd olunub.

Məlumata əsasən, ötən sutka ərzində 509 746 nəfər koronavirusa yoluxub, 8855 pasiyent dünyasını dəyişib. Dünyada virusa yoluxanların ümumi sayı 127 877 462, ölənlərin sayı isə 2 796 561 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Azvision.az


Teqlər: ÜST   Koronavirus  





Xəbər lenti