Krımda gərginlik davam edir

Krımda gərginlik davam edir
  27 Fevral 2014    Oxunub:1062
Bu gün səhər saatlarında naməlum şəxslərin Krım hökümət və parlament binalarının tutmasından sonra daxili qoşunlar və polis hazır vəziyyətə gətirilib
Bu gün səhər saatlarında naməlum şəxslərin Krım hökümət və parlament binalarının tutmasından sonra daxili qoşunlar və polis hazır vəziyyətə gətirilib. Ria Novosti-nin verdiyi məlumata görə, bu barədə Ukrayna Daxili İşlər nazirinin vəzifələrini icra edən Arsen Avakov məlumat verib.

"Səhərə yaxın avtomat və pulemyotlarla silahlanmış naməlum şəxslər Simferopolda Krım parlament və hökümət binasını tutdu. Bu hadisədən sonra daxili qoşunlar və polis qüvvələri həyəcan vəziyyətinə gətirilmişdir. Mülki əhali arasında qan tökülməsinin qarşısını almaq üçün parlametin binası mühasirəyə alınıb." — deyə əlavə edib.

Qeyd edək ki, Krımın hökümət və parlament binalarına rusdilli özünümüdafiə dəstələrinin nəzarət etdiyi bildirilirdi. Binaya isə 150 metrə kimi yaxınlaşmaq qadağan olunmuşdu.

AzVision.az


Teqlər:





Xəbər lenti