ABŞ-da 15 milyon doza peyvənd xarab oldu

ABŞ-da 15 milyon doza peyvənd xarab oldu
  01 Aprel 2021    Oxunub:1613
Bir neçə həftə əvvəl ABŞ-ın "Johnson & Johnson" şirkətinin Baltimor şəhərindəki (Merilend ştatı) zavodunun əməkdaşları koronavirusa qarşı peyvəndin hazırlanması zamanı maddələri qarışdırarkən səhvə yol veriblər.
Azvision.az "The New York Times" qəzetinə istinadən xəbər verir ki, nəticədə 15 milyon doza peyvənd xarab olub.

Məlumata görə, insidentə səbəb insan faktoru olub. Baş verən hadisə ilə əlaqədar ABŞ-ın Qida və Dərman Administrasiyası zavodda yoxlamalar aparılır.

Azvision.az


Teqlər: ABŞ   Peyvənd  





Xəbər lenti