Amerikalı general Rusiya ilə dialoqa çağırış etdi

 Amerikalı general Rusiya ilə dialoqa çağırış etdi
  01 Aprel 2021    Oxunub:2112
ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığının rəhbəri, general Qlen Vanherk Arktikada, eləcə də kiberməkanda və kosmosda münaqişələrin qarşısını almaq üçün Moskva ilə Vaşinqton arasında dialoqun zəruriliyini bəyan edib.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, bu barədə general onlayn brifinqdə deyib.

O qeyd edib ki, Amerika tərəfi həm Arktikada, həm də yeni sahələrdə - kosmik və kiberməkanda dekonflikasiya üçün əlverişli imkanları alqışlayır. Generalın fikrincə, dialoq üçün əlverişli imkanlar var və bunu həyata keçirməyin müxtəlif yolları mövcuddur.

Silahlı Qüvvələrin Şimal Komandanlığının rəisi rus generalları ilə təmaslarının olub-olmadığı barədə suala mənfi cavab verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Rusiya   Dialoq  





Xəbər lenti