Pozner etirazlara görə Gürcüstanı tərk etdi

 Pozner etirazlara görə Gürcüstanı tərk etdi
  01 Aprel 2021    Oxunub:2167
Rusiyalı tanınmış teleaparıcı Vladimir Pozner etirazlarla əlaqədar Tblisini tələsik tərk edib.
Azvision.az “Sputnik Gürcüstan”a istinadla xəbər verir ki, Pozner 1 apreldə 87 yaşını qeyd etmək üçün 50-yə yaxın dostu ilə birlikdə Gürcüstan paytaxtına gəlib. O, aprelin 3-də Rusiyaya qayıtmağı planlaşdırırdı. Lakin Gürcüstanda etirazlarla qarşılanıb.

Etirazçılar Poznerin ölkənin ərazi bütövlüyünü tanımadığını əsas gətirərək, onun səfərinin qəbuledilməz olduğunu bildiriblər. Pozner və dostlarının qaldıqları otel binasından polisin müşayəti ilə çıxıblar.

Bunun ardınca Pozner və qonaqları Gürcüstanı tərk edib. Etirazçılar daha sonra aeroporta da gəliblər. Bu səbəbdən hüquq-mühafizə orqanlarının əməkdaşları hava limanında səfərbər olub.

Xatırladaq ki, Pozner və qonaqları Gürcüstanda olduqları müddətdə karantin qaydalarını pozublar. Onlardan 31 nəfəri cərimələnib. Gürcüstanda karantin cərimələri 2 min lari - təxminən 600 dollardır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VladimirPozner  





Xəbər lenti