Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb,  ölənlər var
  01 Aprel 2021    Oxunub:1178
Əfqanıstan ordusuna məxsus helikopter ölkənin cənubundakı Helmend əyalətində qəzaya uğrayıb.
Azvision.az xəbər verir ki, bu barədə “Ariana news” əyalət məclisinin rəhbəri Atulla Əfqana istinadla məlumat yayıb.

Qeyd edilib ki, hadisə nəticəsində üç nəfər ölüb, dörd nəfər yaralanıb. Qəzanın səbəbləri barədə məlumat verməyib.

Əfqanıstan Müdafiə Nazirliyi helikopterin təcili eniş etdiyini, itki olmadığını bildirib.

“Taliban” nümayəndəsi Qari Məhəmməd Yusuf Əhməd isə helikopterin onlar tərəfindən vurulduğunu açıqlayıb. Onun sözlərinə görə, beş nəfər - Əfqanıstan ordusunun komandiri, üç əsgər və bir pilot ölüb, yaralılar var.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti