Koçaryanın seçki siyahısında kimlər olacaq?

 Koçaryanın seçki siyahısında kimlər olacaq?
  01 Aprel 2021    Oxunub:1484
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan parlament seçkilərinə fəal şəkildə hazırlaşır və artıq nüfuzlu şəxslərin daxil olduğu seçki siyahısı üzərində işə başlayıb.

Azvision.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.
Məlumata görə, ikinci prezident mümkün qədər güclü siyahı yaratmaq istəyir. Nəşr iddia edir ki, namizədlər arasında “VivaCell-MTS” mobil operatorunun baş direktoru Ralf Yirikyan,keçmiş müdafiə naziri Seyran Ohanyan, Baş Qərargahın sabiq rəisi Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Qevorkyanın da adı var.

Bundan əlavə, sabiq baş nazir Karen Karapetyanla müzakirələr aparılır. Karapetyan ona hər cür dəstək verəcəyini, ancaq seçki siyahısında olmaq istəmədiyini deyib.

İş adamı Artak Tovmasyanın da Koçaryanın komandasına qatılması istisna deyil. Siyahıda, həmçinin keçmiş ədliyyə naziri Arpine Ovannisyan da olacaq və onun üçüncü sırada yer alacağı qeyd edilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RobertKoçaryan  





Xəbər lenti