KİV: Paşinyan sabah istefasını və siyasətdən getdiyini elan edəcək

  KİV:  Paşinyan sabah istefasını və siyasətdən getdiyini elan edəcək
  01 Aprel 2021    Oxunub:1655
Ermənistanın baş naziri Nikol Paşinyan sabah istefa verəcək və siyasətdən getdiyini bəyan edəcək
Azvision.az -ın məlumatına görə, bu barədə “Jxovurd” nəşri yazıb.

Nəşrin məlumatına görə, Paşinyan siyasətdən getdiyini və parlament seçkilərində iştirak etməyəcəyini açıqlayacaq.

“Paşinyan bir gün əvvəl komandası ilə görüş keçib və açıq şəkildə ona ümid etməli olmadıqlarını söyləyib. Çünki artıq o, heç bir siyasi prosesdə iştirak etmək istəmir. “Vətəndaş razılaşması” partiyasının idarə heyətinin üzvləri Paşinyanı razı salmağa çalışsalar da, o, öz mövqeyində qalıb. Nikol Paşinyan gələcəkdə nə etmək istədiyini açıqlamayıb”, - deyə qəzet yazıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: NikolPaşinyan  





Xəbər lenti