“Bütün maneələr aradan qaldırılır, qardaşlığımız güclənir” - Çavuşoğlu

 “Bütün maneələr aradan qaldırılır, qardaşlığımız güclənir” -  Çavuşoğlu
  01 Aprel 2021    Oxunub:1676
Bu gündən etibarən can Azərbaycana səyahət etmək yalnız şəxsiyyət vəsiqəsi ilə mümkündür. Bütün maneələr aradan qaldırılır, qardaşlığımız güclənir.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Tvitter” hesabında yazıb.

“Vətəndaşlarımız və azərbaycanlı qardaşlarımız üçün xeyirli olsun”, - deyə Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, aprelin 1-dən Azərbaycan və Türkiyə vətəndaşları hər iki ölkə ərazisinə birbaşa səfər zamanı biometrik şəxsiyyət vəsiqəsindən istifadə edə bilərlər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: MövludÇavuşoğlu  





Xəbər lenti