Ermənilər indiyədək Qarabağda 1526 cəsəd tapıb

 Ermənilər indiyədək Qarabağda 1526 cəsəd tapıb
  01 Aprel 2021    Oxunub:1878
Azərbaycan tərəfi ikinci Qarabağ müharibəsində məhv edilmiş daha bir erməni hərbçinin cəsədini qarşı tərəfə təhvil verib.
Azvision.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bildirilib ki, daha bir cəsəd Füzuli rayonunda aşkarlanıb. Onun şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin ediləcək. Axtarışlar Əsgəran və Xocavənd ərazisində davam etdirilir.

Qeyd edək ki, ötən ilin 10 noyabr tarixindən bu günədək döyüş bölgəsindən 1526 erməni hərbçinin cəsəd və qalıqları tapılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  



Xəbər lenti