12 ölkə Şimali Koreyadakı səfirliyini bağladı

 12 ölkə Şimali Koreyadakı səfirliyini bağladı
  01 Aprel 2021    Oxunub:2727
On iki ölkə və beynəlxalq humanitar təşkilatlar Şimali Koreyadakı nümayəndəliklərini bağlayıb.
Azvision.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Şimali Koreyadakı səfirliyi "Facebook" səhifəsində məlumat yayıb.

Qeyd olunur ki, buna səbəb ölkədəki kəskin ərzaq və dərman çatışmazlığıdır.

Böyük Britaniya, Venesuela, Braziliya, Almaniya, İtaliya, Nigeriya, Pakistan, Polşa, Çexiya, İsveç, İsveçrə, Fransa səfirliklərinin və beynəlxalq humanitar təşkilatların əməkdaşları ölkəni tərk edib.

Hazırda Şimali Koreyada 9 ölkənin səfiri və 4 ölkənin müvəqqəti işlər vəkili fəaliyyət göstərir ki, onlar da əməkdaşlarının sayını azaldıblar.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ŞimaliKoreya  





Xəbər lenti