Azərbaycan və Rusiya liderləri COVID-19-la mübarizəni müzakirə etdilər

 Azərbaycan və Rusiya liderləri COVID-19-la mübarizəni müzakirə etdilər
  01 Aprel 2021    Oxunub:3253
Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev ilə Vladimir Putin telefon danışığı zamanı koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"İkitərəfli gündəliyin bir sıra aktual məsələlərinə, o cümlədən koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məsələlərinə toxunulub. Tərəflər Rusiya-Azərbaycan strateji tərəfdaşlığının möhkəmləndirilməsi və qarşılıqlı faydalı layihələrin təşviqi üçün istəklərini təsdiqləyib”.

Bundan əlavə, liderlər gələcək təmaslar barədə razılığa gəliblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İlham-Əliyev   Putin  





Xəbər lenti