Rus diplomatlar İtaliyadan çıxarıldılar

Rus diplomatlar İtaliyadan çıxarıldılar
  01 Aprel 2021    Oxunub:1457
İtaliyadan çıxarılan rus diplomatlar Romanın “Fyumiçno” hava limanından yola düşüblər.
Azvision.az "RİA Novosti"yə istinadla xəbər verir ki, hərbi attaşe Dmitri Ostrouxov və Aleksey Nemudrov təyyarənin göyərtəsində görünüb.

Dünən Romada Rusiya Silahlı Qüvvələrinin bir zabiti və İtaliya donanmasının ikinci dərəcəli kapitanı casusluq ittihamı ilə saxlanılıb. Onlar pul müqabilində gizli sənədləri təhvil verməkdə günahkar bilinirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İtaliya  



Xəbər lenti