Almaniya prezidenti “AstraZeneca” ilə peyvənd olundu

Almaniya prezidenti “AstraZeneca” ilə peyvənd olundu
  01 Aprel 2021    Oxunub:1581
Almaniya prezidenti Frank-Valter Ştaynmayer COVID-19-a qarşı “AstraZeneca” peyvəndinin ilk dozasını qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə “Bild” nəşir məlumat yayıb.

65 yaşlı prezident Berlindəki Bundesver xəstəxanasında peyvənd olunub.

"Almaniyada icazə verilən peyvəndlərə etibar edirəm. Bu gün “AstraZeneca” ilə ilk peyvəndimi qəbul etdim. Peyvəndlənmə pandemiyadan qurtarmaq üçün həlledici addımdır. Bu fürsətdən istifadə edin. Bizə qoşulun!" - prezident deyib.

Robert Kox İnstitutu “AstraZeneca” peyvəndinin istifadə qaydalarını dəyişdirib. İnstitutun məlumatına görə, hazırda bu vaksin 60 yaşdan yuxarı insanların peyvəndlənməsi üçün nəzərdə tutulub. Tövsiyələr ekspertlər səviyyəsində və maraqlı dairələrlə müzakirə ediləcək, yekun qərar 1 aprel tarixində təsdiqlənəcək.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: AstraZeneca  





Xəbər lenti