Kadırov Nobel Sülh Mükafatına namizəd göstərildi

Kadırov Nobel Sülh Mükafatına namizəd göstərildi
  01 Aprel 2021    Oxunub:1867
Çeçenistan lideri Ramzan Kadırov Nobel Sülh Mükafatına namizəd göstərilib.
Azvision.az xəbər verir ki, bu barədə respublikanın informasiya və mətbuat naziri Əhməd Dudayev bildirib.

Kadırov son 15 ildə tarixən çətin bir bölgədə etibarlı sülhün qurulmasına və qorunmasına böyük töhfə verdiyi üçün namizəd irəli sürülüb.

"Bölgə rəhbəri beynəlxalq terrorizm üzərində qələbə, iqtisadiyyatın və sosial sahənin sürətlə bərpa olunması üçün cəmiyyətdə belə bir qiymətləndirmə alıb", - deyə o bildirib.

Müraciətin kimin tərəfindən edildiyi məlum deyil. Dudayevin sözlərinə görə, bu məxfi məlumatdır. Beynəlxalq Nobel Məlumat Mərkəzinin prezidenti Vyaçeslav Tyutyunnik deyib ki, nizamnaməyə əsasən bu, açıqlana bilməz.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: RamzanKadırov  



Xəbər lenti